İranın Kirman vilayətinin Bəm rayonunda qum qasırğası nəticəsində 39 nəfər xəsarət alıb.

Unikal.org-un məlumatına görə, İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidinin sözlərinə görə, tibb müəssisələrinə müraciət edənlərin hamısı müalicə olunaraq evə buraxılıb.

Qum qasırğası 2 əsas magistral və 62 kənd yolunun bağlanmasına səbəb olub.