Şərq Qərb savaşı
12:46 20-09-2012
İQTİSADİYYAT
Şərq Qərb savaşı
Azərbaycan üçün təhlükə
Son zamanlar dünyada dinlərarası sivilizasıyaların toqquşması son həddə çatıb. Artıq 20 ildir ki, dünyada islamafobiyanın inkişafı, qərbin qloballaşmadan imtina etməyə çalışması və radikal islam cərəyanının inkişafı real təhlükə mənbəyinə çevrilməkdədir. Bu günlərdə İslama və Məhəmməd peyğəmbəri təhqir edən filmin ortaya çıxması isə vəziyyəti daha da kritik həddə çatdırdı.
Filmdə İslamın təhqir olunması faktdır və buda faktdır ki, bu təşkil olunmuş olaydır və bunun daha ciddi fəsadlar yaradacağı artıq sirri deyil. Nəyə görə? Bu gün açıq şəkildə düşmən mövqedə duran qüvvələrin bəzi məsələlərdə maraqlarının üst-üstə düşdüyü açıq şəkildə görünür. Məsələn, bu gün İsrail və yəhüdi lobbisi radikal islamın qabarıq formada gündəmə gəlməsinə və bundan bəhrələnərək islam dünyasına qarşı qərbdə bir aqressiya yaratmaq cədi ortadadır. İranda təzyiqlərdən qurtulmaq üçün islam dünyasının aqressivləşməsində maraqlıdır və bundan istifadə edərək şərq-qərb qarşıdurması yaratmağa çalışır. Hətta buda səsləndirilir ki, bu günün özündə İran bəzi terror təşkilatlarının maliyyələşməsinə bir başa təsir edir. Maraqlıdır, bəs İranın bu müdaxilələri Azərbaycanda da hansısa gərginliklər yarada bilərmi? Ekspertlər bildirir ki, İranın bu gün Azərbaycanda müəyyən social bazaları var ki, hər zaman onların imkanlarından istifadə edərək arzuolunmaz hallar yarada bilərlər. Qeyd edək ki, Azərbaycan hüquqi müstəvidə müxtəlif dini qruplaşmaların terror törətmək təhlükəsinin qarşısını almaq üçün hər şey edib. Amma bunun həyata kçeirilməsində problemlər var. Bu problemlərin səbəbi Azərbaycanın geosiyasi cəhətdən dünya ölkələrinin maraq obyektində olmasıdır. Ölkənin şimal hissəsini sünnilər, cənubunu isə radikal şiələr əhatə edir. Bunların ən təhlükəlisi vəhhabilikdir. Azərbaycanın İranla yaxınlığını və zaman-zaman ölkəmizdə İran vətəndaşlarının terror törətmək cəhdlərini nəzərə alsaq, Azərbaycanda bu dini qruplaşmaların terror törətmək cəhdi mümkündür. Burada cihas siyasi məqsədlər üçün daha çox istifadə olunur. Şiə təriqəti dövlət siyasətinə çevrilib. Şərqdə artıq islam kifayət qədər siyasiləşib. Terror da ən çox bu öılələrdə baş verir. Hər ölkə əhalisinin dinindən istifadə edir. Bundan başqa prezident seçkiləri ərəfəsində vəhabilər və kəskin şiə təriqəti fəallaşa bilər. Çünki, hazırda Azərbaycan siyasi təzyiqlər böyükdür. Həm şimaldan, həm də cənubdan təhlükə var. Yəni, İran öz siyasətini şiələr vasitəsi ilə gerçəkləşdirmək
istəyir. Digər xarici qüvvələr isə vəhabilərdən istifadə edir. Rusiya da İrandan bizə qarşı istifadə edir.Prezident seçkisi öncəsi siyasi qüvvələr də belə bir hərəkətə cəhd edə bilərlər. İslam Partiyası bir neçə dəfə terrora cəhd edib. İslam Partiyası başqa dövlətin maraqlarına xidmət edir. Onlardan hər şey gözləmək olar. Buna görə də hesab edilir ki, Azərbaycan hazırkı məqamda ehtiyatlılığını daha da artırmalı və təşkil olunmuş bu tip layihələrdən kənarda durmalıdır. Bunu da xatırladaq ki, məlum filmə qarşı etriazlar artıq Azərbaycanda da təşkil olunmağa başlayıb. Bir neçə gün öncə Bakıda,dünən isə Lənkəranda belə olay yaşandı. Amma çox qəribədir ki, İranda belə hadisələr baş vermir,amma bu oyunların arxasında məharətlə dayanırlar.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00