Pərvin Abıyeva rəqsi ilə yenidən diqqət mərkəzinə düşməyi bacarıb.
Unikal.org xəbər verir ki, bir müddət öncə Türkiyəyə köçərək fəaliyyətini davam etdirməyi qərar verən aktrisa instagram hesabından rəqs etdiyi videosunu paylaşıb.
O, paylaşımında “4 gündə qurduğumuz rəqsin məşqi yazıb, rəqs müəlliminə isə səbrlisən” -deyə xitab edib.
Qeyd edək ki, aktrisanın ehtiraslı rəqsi izləyiciləri tərəfindən çox bəyənilib. Onlar paylaşımı bəyənmələrə və tərif dolu şərhlərə qərq ediblər.
Pərvinin rəqs videosu qısa zamanda 12 minə yaxın bəyənmə və 47 min izlənmə sayı yığıb.