İran İnqilabı Mühafizəçilərinin iki komandiri Suriyada öldürülüb.
Unikal.org xəbər verir ki, İran mediasında yayılan xəbərlərə görə İnqilab Mühafizəçilərinə tabe olan Suriyadakı komandirlər Cahangir Cəfəriniya və Məhəmməd Zələki atışmada öldürülüb. Suriyada 6 ildir davam edən vətəndaş müharibəsində İran əsgərləri Əsəd ordusu ilə birgə mübarizə aparır. Rəsmi Tehran münaqişəyə qarışmadığını bildirsə də indiyə qədər aralarında generealların da olduğu xeyli sayda İran hərbiçisi Suriyada həlak olub.