Şou-biznes nümayənələri getdiyi toylara, ad günlərinə yazdırdıqları məbləği açıqlayıblar.
Unikal.org ARB TV-nin "Şou news" verilişinin tanınmışlar arasında apardığı sorğunu təqdim edir:
Xatun Əliyeva bildirib ki, getdiyi məclisə min manat pul yazdırıb. Təkcə prodüseri Pənahın toyunda 2 min manat pul verib:
"Ad gününə hədiyyəni sevmirəm. Mütləq pul olmalıdır".
Rahidə Baxışova imkanı nəyə çatır onu ödədiyini verib. O, "500-də olub, 100-200 manat da" deyə, söyləyib.
"Əvvəl zinət əşyaları aparırdım, indi pul aparıram, çünki əvvəlki toylarım yoxdur" deyə, Mətanət Əsədova bildirib.
Müğənni Nazənin isə getdiyi məclisə ən az 200 manat apardığını söyləyib. O bildirib ki, hətta min manat və ya dollar da yazdırdığı olub.