Polşa Rusiya ilə münasibətlərinin gərginləşməsi səbəbilə Rusiya ilə sərhədə 35 minlik ordu yerləşdirəcəyini açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynadakı hadisələrin bənzərinin yaşanmasından ehtiyat edən rəsmi Varşava bu qərara gəldiyini bildirib. Polşanın müdafiə naziri Antoni Maciereviç yaradılacaq ordu tipinin könüllülərdən olacağını, təlim keçiriləcəyini və Ukraynadakı hadisələrə bənzər hal olduqda onun qarşısısnı almaq üçün istifadə olunacağını deyib.
Digər tərəfdən NATO-nun da Polşaya dəstək verəcəyi açıqlanıb. Qurumun Polşaya nə qədər sülhməramlı göndərəcəyi iyulun 8-9-da Varşavada keçiriləcək NATO zirvəsində məlum olacaq.