Məşhur alman futbol məşqçisi Kristof Daum bundestaqın məlum qərarına etiraz əlaməti olaraq Almaniya vətəndaşlığından imtina etdiyini açıqlayıb.
 
O, bu barədə sosial şəbəkədə məlumat verib: "İllərlə Türkiyədə çalışmışam. Türkiyədə çalışmazdan öncə mənim də bəzi təsəvvürlərim vardı. Lakin çalışdığım illər ərzində gördüm ki, Türkiyə və Türk insanı heç də Avropada təqdim olunduğu kimi deyil. Almaniyada bizə göstərilən Türkiyə ilə yaşadığım Türkiyə bir-birinə heç bənzəmir. Almaniya Bundestaqının qərarı heç də Türkiyənin və türk dostlarımın haqq etdiyi bir qərar deyil. Bu qərar Almaniyada yaşayan milyonlarla türkü necə incitdisə məni də bir o qədər incitdi. Türkiyə necə bir dövlət olduğunu milyonlarca suriyalıya açdığı qapı ilə sübut etdi. Bundestaq qərarını geri alana qədər Almaniya vətəndaşlığından imtina etdim".
 
Qeyd edək ki, alman məşqçi Türkiyənin "Fənərbaxça", "Beşiktaş" və "Bursaspor" klublarında çalışıb.(AFN.az)