Türkyənin kanallarının birində yayımlanan “İkinci sayfa” proqramında qonaq olan müğənni Yeliz Yeşilmen Serdar Ortaç və həyat yoldaşı Xloe haqqında qəribə açıqlamalar verib.
Unikal.org xəbər verir ki, Yeliz Serdar Ortacın həyat yoldaşının onu sevmədiyini, ondan istifadə etdiyini iddia edib:
“Xloenin Serdar Ortaçı çox sevdiyini düşünmürəm. Bu günə qədər ona yaxın olduğunu görmədim. Çox soyuq və tərs qızdır. Serdar xəstə olduğu zamanlarda ona qayğı göstərən biri ilə birlikdə olmalı idi. Gözəlliyi də önəmli deyildi.
Sanki, Serdardan qurtulmaq istəyir, amma gedə bilmir. Bilmirəm vicdanından belə edir, ya aralarında anlaşma var. Serdarı illərdir tanıyıram. Qadını itirməmək üçün xoş sözlər, əlindən tutmaq kimi hərəkətlər edir. Ancaq düşünürəm ki, yetər! Özünü bu qədər əzdirməsin. Sanki Xloe ulduzdur, Serdar isə köməkçisidir. Bu vaxta qədər bir övladı olmalı idi. Serdar da geridə bir iz buraxmalıdır. Övladın yoxdursa, ailə ola bilməzsən. Serdara görə pis oluram. Xloe indi ərinin adından istifadə edir”.