Braziliyanın İnstaqram fenomenlərindən olan Cessica Valituttonu indi görənlər gözlərinə inana bilmirlər.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, kök olduğu vaxtlar yataqdan belə qalxa bilməyən Cessika 90 kiloqram arıqladıqdan sonra inanılmaz hala düşüb.
2010-cu ildə piylənmə xəstəliyi (obezite) diaqnozu qoyulan Valitutto həyatda qalmaq üçün arıqlamaq qərarına gəlir.
Yatdığı və oturduğu yerdən tərpənməyərək yemək yeyən Cessika əməliyyat olunur və daha sonra çəki almamaq üçün sağlam qidalanaraq idmanla məşğul olur.
Səhifəsində 1 milyondan çox izləyicisi olan Valitutto arıqladıqdan sonra model kimi işləyib və özünə sevgili də tapıb. O, İnstaqramda onu izləyənlərə "Edəcəyiniz tək şey hədəfinizə çatmaq üçün səbirli olmağınız lazımdır" deyərək vaxtı ilə özü kimi kök olanlara məsləhətlər verməyi unutmur.