Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşına “polkovnik” rütbəsi verilib.
Unikal.org xəbər verir ki, ifaçı bu barədə İnstaqramda yazıb.
“Həyat yoldaşımın doğum günü və polkovnik rütbəsi almağı münasibəti ilə gözəl gəlinimin hazırladığı tort hədiyyəsi. Səni ürəkdən təbrik edirik, sənə möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayırıq! Doğum günün mübarək!” deyə, Mələkxanım sosial şəbəkədə paylaşımına yazıb.
Qeyd edək ki, cütlüyün dörd övladı var.