Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Qəhrəman Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Aslanov 2 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

İttiham aktına əsasən, ötən ilin iyun ayının 12-də Bakı şəhəri Nərimanov rayonu ərazisində, 2000-ci il təvəllüdlü Q.Aslanov həmin ərazidə yerləşən marketdə satıcı işləyən Anar Rəhimlinin baş nahiyəsinə rezin dəyənəklə vuraraq quldurluq edib. Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb, lakin barəsində həbs qətimkan tədbiri seçilməyib.