Keyfiyyətsiz qidalar sadəcə ləzzətsiz olmur, sağlamlığımız üçün də probelemlər yaradır.
Buna görə qidalarımızın təzə və keyfiyyətli olması mütləqdir. Qidaların təzəliyini anlaya bilərik, bəs keyfiyyətsiz olduğunu necə bilək?
Unikal.org bəzi qidaların keyfiyyətli olmasını anlamağımız üçün üsulları təqdim edir.
Yumurtalar
Yumurtanın təzə olub-olmadığını sadə testlə müəyyən edə bilərsiniz. Bir stəkan suya bir yumurta qoyun. O, suyun dibinə batıb yan yatırsa, təzədir. Ancaq yumurta müəyyən məsafədə durursa, demək 1.2 həftəlikdir, suyun üstünə qalxırsa, demək yemək üçün çox köhnədir. Yumurta köhnəldikcə qabığından daha çox hava içəri daxil olar.
Şokalad
Bəzi istehlaçılar şokaladdakı kakaonun tərkibi barədə yalan deyə bilər. Ancaq bu yalanı üzə çıxartmaq üçün şokaladı əlinizə götürüb qırın. Bu zaman çıxan səsə diqqət edin. Şokaladı qıranda yüksək "tık" səsi çıxarsa, demək tərkibində yüksək kakao yağı var. Kakao yağı az olan şokalad qırılanda mat səs çıxar və daha yumşaq qırılar.
Banan
Bananın təbii yoxsa, süni yolla yetişdirilmiş olması çox vacibdir. Təbii meyvə təbii gübrələrlə böyüyür. Bəzi insanlar təbii yetişən bananın daha tez çürüdüyünə diqqət edir. Bananı seçərkən boz rəngli olanlardan uzaq durum. Bu bananlar ləzzətsizdir və uzun müddət uyğun olmayan şəraitdə saxlanılıb. Üzərində xalları olan banana rahatlıqla ala bilərsiniz. Bu meyvə tam yetişib, dadı və qoxusu yaxşıdır.
Quru meyvə
Bəzi istehsalçılar meyvələri qurudarkən rənginin itməməsi və daha gözəl görünməsi üçün qoruyucu maddələr vurur. Bu meyvələrə səhhətimiz üçün zərərli ola biləcək maddələr vurula bilər. Bu təhlükənin qarşısını almaq üçün parlaq rəngliləri deyil, qəhvə rənginə yaxın, boz rənglərdə quru meyvələr alın.