Ötən il Türkiyənin İstanbul şəhərinə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Unikal.org İstanbul Mədəniyyət və Turizm Müdirliyinə istinadən xəbər verir ki, 2018-ci ildə 249 min 63 azərbaycanlı İstanbulda səfərdə olub. 

Qeyd edək ki, ümumilikdə isə bir il ərzində İstanbula 13 milyon 433 min 101 xarici vətəndaş gəlib. 2017-ci illə müqayisədə ötən il şəhərə gələn turistlərin sayı 24 faiz artıb. Yalnız dekabr ayında İstanbula 1 milyon 77 min 979 turist gəlib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz çoxdur.