Müğənni Ceyhun Qala evinin qapılarını Xəzər TV-də yayımlanan "Evdəkilərə salam" verilişinə açıb.
Unikal.org-un məlumatına görə, ifaçı evindəki qarderobu nümayiş etdirib.
C. Qala ən bahalı geyimlərinin qiymətini açıqlayıb:
"Bir ayaqqabım 800 manatdır. 1700 manata pencəyim var. 1000 manata kostyumum var. 1-2 milyon vermirəm. Ayda 1 milyon qazansam, daha bahalı şeylər alaram. Öz büdcəmə uyğun alıram".