"Masterchef" verilişinin münsiflərindən olan Somer Sivrioğlu və həyat yoldaşı Aslı Sivrioğlu boşanır.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Somerin xanımına xəyanət etməsidir.

"Xəyanəti gözlərimlə gördüm" deyən Aslı bu barədə "2-ci sayfa" proqramına qonaq olarkən danışıb:

"Son aylarda olan problemlər bu həftə daha da artdı. Duyğusal günlər yaşayıram. 2 övladım və ailəmlə baş verənlərin öhdəsindən gəlməyə çalışırıq. Ümid edirəm ki, tezliklə boşanarıq və bu vəziyyət bitər".