İnsult olan meyxanaçı Kərimin maddi vəziyyəti pisdir.
Unikal.org-un məlumatına görə, bu haqda prodüser-aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində deyib. O bildirib ki, son günlər sənətçinin səhhəti daha da pisləşib. Ailə maddi imkansızlıqdan meyxanaçını müalicə etdirə bilmir. Tolik ailənin hətta bankdan kredit götürdüyünü, sıxıntı içində olduğunu açıqlayıb.
Meyxanaçının oğlu Kərim efirə zəng edərək atasının pula görə xəstəxanada müalicə ala bilmədiyini bildirib:
"1 aydır vəziyyəti pisləşib, 2 həftədir ayağı tutulub. 6 gün xəstəxanada qaldı, amma pulumuz çatmadı deyə evə gətirdik. Həkimlər deyir ki, xəstəxanada müalicəsi yaxşı gedər. Xəstəxanada qalsa 2 aya düzələcək. Evdə o qədər də düzgün müalicə aparılmır".
"25 min manat müalicəsinə pul lazımdır" deyə, Tolik söyləyib. Prodüser meyxanaçı üçün maddı dəstək istəyib.