Dünəndən Xalq artisti Amaliya Pənahovanın qəbirüstü abidəsinin hələ də qoyulmaması sosial şəbəkələr və mediada müzakirə olunur. Mədəniyyət Nazirliyi üç aydır ki, dünyasını dəyişən məşhur aktrisanın büstünün hazırlanması ilə Bakı Şəhər İcra Hakimiyyətinin məşğul olduğunu bildirsə də, qarşı tərəf bundan xəbərsiz oluğunu qeyd edib.
Unikal.org xəbər verir ki, “Qafqazinfo” mərhum sənətkarın qurucusu olduğu Bakı Bələdiyyə Teatrının Truppa müdiri Zemfira Babayeva ilə əlaqə saxlayıb. O, hazırda məşqlərdə olduğunu, mövzu barədə əməkdar artist Əfqan Soltanovun cavab verəcəyini bildirib.
Teatrın aktyoru isə bildirib ki, A. Pənahovanın qəbirüstü abidəsi ilə övladları – İlqar və Aynur Muxtarovlar məşğuldur:
“Büst demək olar ki, hazırdır. Bir müddət sonra qoyulacaq. Bu işlə nə nazirlik, nə də İcra Hakimiyyəti məşğuldur. Qəbirüstü abidə ailəsi, övladları tərəfindən hazırlanır”.