Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən kadr dəyişikliyi davam edir.
 
Unikal.org-un məlumatına görə, nazir Ramin Quluzadə  «AZ-EVRO TEL» MMC-nin Direktoru Cabit Məhəmməd oğlu Rəsulovu işdən azad edib. 
 
Nazirin müvafiq əmri ilə «AZ-EVRO TEL» MMC-yə İlqar Həsənov direktor təyin edilib. 
 
Qeyd edək ki, İlqar Həsənov bundan əvvəl Aztrank şirkətinin rəhbəri vəzifəsində çalışıb.