İtaliyada keçirilən “San-Remo” musiqili yarışmasının qalibi repçi Mahmud olub.
Unikal.org xəbər verir ki, finalda Mahmud “İl Volo” pop-opera triosuna qalib gəlib.
Yarışmanın qalibi tamaşaçı səsverməsi ilə müəyyən edilib.
Beləliklə, İtaliyanı “Eurovision” yarışmasında Mahmud təmsil edəcək.
Qeyd edək ki, Alessandro Mahmud 1992-ci ildə Milanda dünyaya gəlib. Onun atası misirli, anası italyandır.