Qadınları fahişəliyə cəlb edən şəxslər saxlanıldı

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, polis Kayseri şəhərində əməliyyat həyata keçirib.  Əməliyyat nəticəsində iş adı ilə qadınları aldadaraq fahişəliyə cəlb edən dəstə zərərsizləşdirilib. Məlum olub ki, həmin şəxslər Azərbaycan, İran və Gürcüstandan iş vədi ilə aldadaraq qadınları Kayseri şəhərinə aparıblar. Onların  pasportları  alınıb özlərini isə sənəd imzaladılaraq fahişəliyə məcbur ediblər.

Əməliyyat zamanı 9-u əcnəbi olmaqla on qadın saxlanılıb.