Rusiya prezidenti Vladimir Putin Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
"Liderlər Rusiya-Özbəkistan əməkdaşlığı mövzusunu, ilk növbədə, ticarət-iqtisadi, enerji və mədəni-humanitar sahələrdə də müzakirə ediblər", - məlumatda qeyd olunub.
Bundan əlavə, Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə də zəng edib. Rusiya lideri ona Ukrayna ilə münaqişənin həlli üzrə ABŞ ilə dialoqun gedişi, o cümlədən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşünün nəticələri barədə məlumat verib.
Gülayə Mecid