Sabiq türkiyəli futbolçu Emre Aşık həyat yoldaşı Yağmurdan boşanır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Yağmurun başqa bir şəxslə görüntülənməsi olub.
İddialara görə, Aşık fotoları gördükdən sonra geriyə yol olmadığını və boşanacağını bildirib.
Yağmur isə görüntüləndiyi şəxsin dostu olduğunu deyib.
Lakin Emre artıq məhkəməyə baş vurub.
Qeyd edək ki, cütlüyün 3 övladı var.