Azərbaycanda qeyri-adi əməliyyat icra olunub. Unikal.org xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin Tibb məntəqəsində itin dişləri təmizlənib.Əməliyyatı məntəqənin həkimi Sevinc Hacıyeva yerinə yetirib. Həkim bildirib ki, dişlərində problem yaranan alman çoban iti olub: 

"Əməliyyat yarım saat davam etdi. Gömrükçü itinin 42 dişi ərpdən təmizləndi. Bu cür əməliyyatlardan öncə itə insanda olduğu kimi ağrıkəsici dərman vururuq. Sonra ultrasəs skeler avadanlığı vasitəsilə dişlərinin hamısı ərpdən təmizləndi.İtin dişlərində ərpin yaranması ya genetik olur, ya da qidaya görə".