Səhər tezdən qəbul edilən bir sıra qidalar sürətlə çəki atmağınıza kömək edə bilər.
Unika.org piylərin yandırılmasında fəal rol oynayaq qidaları təqdim edir.
Yulaf - səhər südlə birlikdə qəbul edilən yulaf gün boyunca sizi tox saxlayacaq və enerji depolamağınıza səbəb olacaq.
Qatıq - Səhər tezdən az miqdarda qəbul edilən qatıq həzm sistemini sürətləndirir. Amma reflü kimi mədə narahatlığı və qastrit xəstəliyi olanlara bu qidadan səhərlər istifadə etmək məsləhət deyil.
Süzmə pendir - İmmuniteti gücləndirən süzmə pendir əzələ zədələnmələri zamanı çox faydalıdır.
Yumurta - Səhər oyanan kimi yumurta yesəz, gün boyu özünüzü tox hiss edəcəksiniz. Nəticədə də gün boyunca kilo vermək prosesi sürətlənəcək.
Qəhvə - Qəhvənin tərkibində olan kofein ən yaxşı antioksidant qaynağıdır və piylərin əridilməsində rol oynayır.