“Azərbaycanda qapalı kök sistemi tingliyin, müasir toxumçuluq laboratoriyasının yaradılması və təşkili nəzərdə tutulur”.
Unikal.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.
Nazirlik rəsmisi bildirib ki, tədbirlərin həyata keçirilməsi nəticəsində meşə təsərrüfatının idarə olunmasında ciddi dönüşə nail olmaqla meşə ehtiyatlarının davamlı və dayanıqlı istifadəsinə nail olunacaq.
Sektor müdiri qeyd edib ki, meşələrin modernləşdirilməsi istiqamətində görüləcək tədbirlərdən biri də müasir texnikalar alınmasıdır.