Fevralın 23-də Bakının Xətai rayonu, Xocalı prospektində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilir ki, avtomobillərin hərəkətinin məthdudlaşdırılmasına səbəb prospektdə üfüqi nişanlanma xətlərinin çəkilməsidir.
Bu məqsədlə adıçəkilən ərazidə gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.