Bəzi küçə və prospektlərdə üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi həyata keçiriləcək.

Bu barədə Azərbaycan Avtomobil Yollarının Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, bu, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi daşıyır. Ona görə də Bakı şəhəri, Neftçilər prispektinin Rixard Zorge küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinədək, həmçinin Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektinə doğru olan hissəsində bu gecə saat 22:00-dan səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsinişləri aparılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.