Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Vergilər Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “ALMA Consultinq” mütəxəssislərinin, adıçəkilən ali təhsil müəssisəsinin müvafiq struktur rəhbələrinin və tələbələrin iştirakı ilə “Startapa necə başlamalı:iqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda treninq keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov biznesə başlamanın hüquqi tərəfləri, hüquqi şəxslərin bir prosedurla online dövlət qeydiyyatından keçmə imkanlarından danışıb. “Enterprise Azərbaycan” portalının koordinatoru Oruc Dursunzadə tələbə və iştirakçıları portal üzərindən biznesə başlamanın üstünlükləri, səmərəsi barədə məlumatlandırıb. Tədbirin digər iştirakçısı- “ALMA Consultinq” şirkətinin direktoru Habil Əhmədovun “Consulting xidmətləri” haqqında məlumatı da maraqla dinlənilib.
”Startapa necə başlamalı: iqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda treninq tədbir iştirakçılarının çoxsaylı sualları ilə başa çatıb.
Tədbirdə ATMU-nun “Elm və ikişaf məsələləri” üzrə prorektoru İranə Əliyeva, rektor müşaviri Elvin Yusifli,”Elm və İnnovasiya”şöbəsinin müdiri Nəsrullah Nəsirli iştirak ediblər.