Səbail Rayon İcra Hakimiyyəti Başçısı Vüqar Zeynalov yeni təyinat edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Vüqar Zeynalovun müvafiq əmri ilə, Nəcəfli Yaqub Fərhad oğlu Səbail Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri təyin edilib.

Xəbəri Səbail Rayon İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Yaqub Nəcəfli bu təyinata qədər Bakı Şəhər 22 saylı Vəkillər Bürosunda çalışıb.

Famil Fərhadoğlu