Mardin vilayətinin Midyat rayonunda törədilmiş terror aktı zamanı ölən qadın polis əməkdaşlarından biri vaxtilə Türkiyənin sabiq prezidenti Abdullah Gülün mühafizəçisi olub. 
Unikal.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, Şerife Özden Kalmış hadisədən sonra Midyat Dövlət Xəstəxanasına qaldırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 
Partlayışda ağır yaralanan və qaldırıldığı xəstəxanada həyatını itirən digər qadın polis əməkdaşı Nefize Özsoyun isə 6 aylıq hamilə olduğu müəyyənləşib. 
Qeyd edək ki, bu gün Türkiyənin Mardin vilayətində Midyat Rayon Polis İdarəsinə yönəlik terror hücumu nəticəsində 5 nəfər həlak olub, 51 nəfər yaralanıb.