Belarusda rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putin həmkarı Aleksandr Lukaşenko ilə görüş zamanı az yatmasından şikayətlənib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, mikrofonlar söndürülmədiyindən, Putinin Lukaşenkoya dedikləri eşidilib.
«Srağagün 4 saat yatmışam, dünən — 5. Saat 3-də yuxuya getmişəm, 8-də oyanmışam», - Putin belə deyib.
Lukaşenko Rusiya prezidentinə qısa cavab verib: «Bu pisdir».