““Planeta parni iz Baku” və Tahir İmanovu təbrik edirəm, çünki onlara müəyyən qadağaların qoyulduğu məlum idi”. 
Unikal.org
xəbər verir ki, bu barədə tanınmış aparıcı Turan İbrahimov deyib. 
O bildirib: “Onları nəyə görə qadağan etmişdilər? Çünki onlar dövlət və cəmiyyət naminə, iqtidar və xalq həmrəyliyinin daha da möhkəmlənməsi naminə müəyyən kanstruktiv tənqidlər səsləndirirdilər. Bu tənqidlər də yəqin kimlərisə narahat edirdi. Tahir İmanovun bu məsələ haqqında dövlət başçısına birbaşa məlumat verməsi və cənab Prezidentimizin bu məsələyə həmən reaksiya verməsi və bildirməsi ki, sizə heç bir qadağa qoyula bilməz, şəxsən məni çox sevindirir, çox ürəkləndirdi”. 
T.İbrahimov daha sonra bildirib: “Bu məqamdan istifadə edərək bildirmək istəyirəm ki, eyni niyyətlə, kanstruktiv, iqtidar və xalq həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün tənqidlər səsləndirmiş müəyyən jurnalistlər, həm də ictimai xadimlər var ki, onlar da, hələ də o cür qadağalara məruzdurlar”.