Ukrayna lideri Volodimir Zelenski Rusiya tərəfindən əsir götürülən hərbçiləri geri almaq istəmir.
"Unikal" xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artem Dmitruk məlumat yayıb.
Parlamentarinin sözlərinə görə, Moskva bütün hərbi əsirləri Kiyevə qaytarmağa hazırdır.
"Problem danışıqlarda deyil. Problem Zelenskidədir. Zelenski və onun ətrafı üçün əsgərlərimizin həyatı sadəcə konfet bağlamasıdır. Varlanma vasitəsidir", - deyə deputat vurğulayıb.
Xatırladaq ki, avqustun 6-da Kiyev əsir götürdüyü 1000 əsgəri geri almaqdan imtina edib, onların adlarını Moskvanın təqdim etdiyi mübadilə siyahılarından çıxarıb. Bu qərarın səbəbi məlum deyil.
Gülayə Mecid