Tovuzda yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Bayramlı kəndində baş verib. Kənd sakini Elnur Musayevə məxsus ümumi sahəsi 70 m² olan talvarın altında yığılan 850 ədəd çəkisi 17 ton olan ot bağlaması, yaxınlıqda dayanan “QAZ 53” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 1 ton ot bağlaması yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Nəticədə Talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Tural Əhmədov