Bakı metrosunda yeni doğulmuş körpə metronun bir növ “xüsusi sərnişini” olacaq.
Bu barədə "Unikal"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilir ki, simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq.
***10:03
"Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə mühüm imtiyazlar və hədiyyələr təqdim olunacaq.
Bunu "Unikal"a açıqlamasında "Bakı Metropoliteni"nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
"Metroda dünyaya gələn körpəyə hədiyyələr təqdim ediləcək. Təbii ki, ona güzəşt və imtiyazlar veriləcək ", - B.Məmmədov bildirib.
Gülayə Mecid