Daxili İşlər naziri general-polkovnik Ramil Usubov DYP rəisinin yerini dəyişib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun müvafiq əmri ilə Yasamal rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Qəhrəman Qələndərov Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi təyin olunub.
Qeyd edək ki, Yasamal rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsini müvəqqəti olaraq Məmməd Əliyev icra edir.
Famil Fərhadoğlu