İraqın paytaxtı Bağdadın şərqindəki Əl-Cədidə məhəlləsindəki bazarda bomba yüklü avtomobillə həyata keçirilən hücum nəticəsində ən azı 22 nəfər ölüb, 70 nəfər yaralanıb.

Unikal.org "sputniknews"a istinadən xəbər verir ki, hadisə yerinə polis, xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib. 

Qeyd edək ki, heç bir terror təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.