Diasporla İş üzrə Dövlət Komitəsində 8 Mart- Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib.
Komitədən Unikal.org-a verilən məlumata görə, tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov bütün xanım əməkdaşları 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib və onların fəaliyyətini yüksək qiymətləndirib. O, qeyd edib ki, bu gün Diasporla İş üzrə Dövlət Komitəsində çalışan qadınların böyük əksəriyyəti xaricdə təhsil alan və ya təcrübə keçən yüksək ixtisaslı kadrlardır. Məhz bunun nəticəsidir ki, onlar diaspor siyasətinə, bu sahədə beynəlxalq təcrübənin tətbiqinə böyük töhfələr verirlər.
Çıxış edənlər qadınların diaspor fəaliyyətində olduqca fəal iştirak etdiklərini və Azərbaycan diasporunun yeni inkişaf mərhələsinə yüksəlməsində peşəkarlıq nümayiş etdirdiklərini bildiriblər. O da vurğulanıb ki, olduqca mürəkkəb və çoxşaxəli diaspor siyasəti dərin bilik və yeni yanaşmalar tələb edir. Diasporla İş üzrə Dövlət Komitəsinin bu işin öhdəsindən uğurla gəlməsində burada çalışan xanım əməkdaşların əvəzsiz rolu var.