Azərbaycanda şəxsin vətəndaşlığını itirməsi qaydasında dəyişiklik edilir. 

Unikal.org bildirir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Mülki Prosessual Məcəllədə yenilik edilməsi nəzərdə tutulub. Məcəllənin 305-ci (Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər) maddəsində nəzərdə tutulan səlahiyyətlərə "Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında" bəndi də əlavə edilib.
 
Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.