Bakıda Türkiyə vətəndaşı həyat yoldaşını bıçaqlayıb.
 
Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi ev 8, mənzil 70 ünvanında Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Yeşilkaya Abidin Kurban oğlu həyat yoldaşı, Azərbaycan vətəndaşı Yeşilkaya Oksana Sakit qızını bıçaqlayıb. 2 kəsilmiş-deşilmiş xəsarət alan qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Hadisəni törədən A.Yeşilkaya saxlanılıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Türkiyə vətəndaşının həyat yoldaşını hansı səbəbdən bıçaqlaması məlum deyil. (Lent.az)