Lənkəranda hava limanının ərazisində narkotik vasitə əkib-becərən şəxs tutulub.
Unikal.org Region TV-yə istinadən xəbər verir ki, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri zamanı rayonun Digah kənd sakini elə çətənə kollarına qulluq göstərərkən saxlanılıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayonun Digah kəndi ərazisində narkotik vasitə hesab olunan çətənə kollarının becərilməsi barədə məlumat daxil olub. Dərhal əməliyyat keçirən polis əməkdaşları əraziyə baxış keçirən zaman 34 yaşlı Digah kənd sakini Anar Xubəli oğlu Məmmədovusaxlayıblar. O və becərdiyi 274 ədəd çətənə kolu polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı Anar Məmmədov çətənə kollarına qulluq göstərdiyini və narkotik aludəçisi olduğunu etiraf edib.
Əraziyə baxış zamanı Anar Məmmədovdan, həmçinin 1 kiloqram qurudulmuş marixuana və 16 kalibrli ov tüfəngi də polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
İlkin araşdırma zamanı Anar Məmmədovun oğurluq törətməkdə şübhəli bilinərək, Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə axtarışda olduğu məlum olub.