Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3 532,9 milyon manat, xərcləri isə 2 954,8 milyon manat təşkil edib.
Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 35,4% və 19,6% çoxdur.
Son nəticədə büdcədə 578,1 milyon manatlıq qalıq yaranıb.