Sosial şəbəkələrdə qəribə bir görüntü yayılıb.
Kadrlardan görünür ki, sürücü çox təhlükəli manevr edir. O sükanı buraxaraq sanki şou göstərir.bununla həm özü, həm də ətrafdakılara əsl təhlükə yaradır.
Unikal.org xəzərxəbər-ə istinadən bildirir ki, avtomobil hərəkətdə ola-ola sürücü arxa şüşələrindən çölə çıxır. Daha sonra ön qapıdan içəriyə girib sürücü oturacağına əyləşir.
Sosial şəbəkələrdə yayılan görüntülər böyük müzakirələrə səbəb olub. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu əsl təhlükədir. Qanunvericilikdə sükanı buraxmağa görə sürücülər üçün konkret cəza tədbirləri nəzərdə tutulub
Ehtimal var ki, sürücü avtopilot rejiminə keçərək bu hərəkəti edib. Amma bu belə ona haqq qazandırmır. Çünki avtopilot rejiminin təyinatı tamam başqadır.