Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Qobustan qapalı tipli həbsxanasında da icra olunub.
Unikal.org xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində 2 nəfər azadlığa buraxılıb və onlara buraxılış arayışları təqdim olunub.
Bundan əlavə, 2 məhbusun cəzası 20 ilə, 1 məhkumun cəzası isə 25 ilə endirilib. Ümumilikdə, sərəncam Qobustan qapalı tipli həbsxanasında cəza çəkən 5 nəfərə şamil olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı, ümumilikdə, 431 nəfərə şamil olunub.