Səməd Seyidovun "qurbanlıq" seçdikləri rektoru "sata" bilər
12:05 27-09-2012
İQTİSADİYYAT
Səməd Seyidovun "qurbanlıq" seçdikləri rektoru "sata" bilər
Dillər Universitetindəki korrupsiya faktları ilə bağlı qalmaqal böyüyür
Hesablama Palatasının Azərbaycan Dillər Universitetində aşkarladığı korrupsiya faktları ilə bağlı səs-küy səngimək bilmir. Mətbuat baş verənləri bir neçə prizmadan şərh edir; istənilən halda isə belə bir ortaq qənaətə gəlinir ki, yaşananlar Universitetin rektoru Səməd Seyidov üçün ağır sonuclara gətirib çıxara bilər.
Doğrudur, Seyidov özü rəhbərlik etdiyi ali təhsil müəssisəsində korrupsiya ola biləcəyindən şübhələndiyini və buna görə də Hesablama Palatasına müraciət etdiyini deyir. Amma hər şey universitet rektoru olan millət vəkilinin düşündüyü qədər sadə görünmür.
Əvvəla, Səməd Seyidovun özünün yoxlamalar üçün müraciət göndərməsi onun özünümüdafiə cəhdi kimi qiymətləndirilir. Ancaq bunun elə də effektli olmayacağını düşünənlər üstünlük təşkil edir. Belə ki, Hesablama Palatasının S.Seyidovun rəhbəri olduğu universitetlə bağlı ictimaiyyətə açıqladığı faktlar təsadüfi deyil və bu, yuxarılarla razılaşdırılıb. Rektor da bu məsələnin yuxarı instansiyalarla razılaşdırıldıqdan sonra mətbuata çıxarıldığının fərqindədir və buna görə narahatlıq içindədir.
Onun prokurorluğa göndərdiyi müraciət də elə bu narahatlıqdan qaynaqlanır.
Ekspertlərin dəyərləndirməsinə görə, universitetdə baş verən maliyyə maxinasiyalarından rektorun xəbərsiz olması absurddur. Rektordan xəbərsiz külli miqdarda mənimsəmənin mümkün olmadığı hər kəsə bəlli məsələdir. Çünki maliyyə məsələləri birinci şəxsin imzası ilə həll olunan məsələlərdir. Müəssisədə birinci şəxsin razılığı və imzası olmadan heç kim büdcə vəsaitlərindən istifadə edə bilməz. Bütün sənədlərdə birinci şəxsin, yəni rektorun imzasının olması mütləqdir. ADU-dakı maliyyə maxinasiyalarından rektorun xəbərsiz olması hüquqi baxımdan da mümkün deyil.
Mətbuatda yazılanqlara və ekspertlərin ehtimallarına görə, Hesablama Palatasının S.Seyidovun ölkədə olmadığı müddətdə açıqlama yayması isə rektoru çıxılmaz duruma salıb. Yəni o, vəziyyətin bu qədər dramatikləşəcəyini gözləmirdi. Qurumun hərəkətindən təəccüblənən rektor təşvişə düşərək nə edəcəyini bilməyib. Çıxış yolunu isə Hesablama Palatasının dediklərini təsdiq etməkdə görüb. Üstəlik, rəhbərlik etdiyi universitetdə baş verən mənimsəmə faktının araşdırılması üçün prokurorluğa müraciət ünvanlayıb.
İkincisi, bəzi ekspertlər hesab edirlər ki, Səməd Seyidoun bir neçə işçisini "qurbanlıq" seçərək, işin altından çıxa bilməsi qeyri-realdır. Belə ki, korrupsiya faktları üzərlərinə qoyan Dillər universitetinin vəzifəli əməkdaşları çətin ki, bunu səssiz qarşılasınlar. Onların istintaq müddətində də olmasa, məhkəmədə rektor-deputata qarşı ifadə vermələri, univrsitetdəki maxinasiyaların dərn kökləri barədə ifşaedici çıxışlar etmələri tamamilə mümkündür. Hansı ki, belədə Seyidoun vəziyyəti yenə də çıxılmaz ola bilər.
Üçüncü, eksprtlər onu da bildirirlər ki, ola bilsin istintaq dövründə ya sonradan - məhkəmə dövründə araşdırmalar daha da dərinləşsin və adıçəkilən ali təhsil müəssisəsində naməlum olan və daha qorxunc korrupsiya faktları aşkarlansın. Bu halda da Səməd Seyidovu xoşagəlməz vəziyyətin gözlədiyi qaçılmazdır. O, bir növ "yağışdan çıxıb yağmura dümüş" olacaq.
Bir sözlə, hansı tərəfdən baxsaq, rektor-deputat üçün baş verənlərdən asan çıxış yolu görünmür. Vəziyyət həqiqətən də çox ağırdır. Əlbəttə ki, hörmətli Səməd müəllim üçün...
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35