2019-cu ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətlərində 1,9 faiz artım olub.
Dövlət Statistika Komitəsindən Unikal.org-a bildirilib ki, həmin müddət ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,5 faiz artıb.