Azərbaycan Turizm və Menecment Universitetinin rektoru cənab İlham Mədətov martın 18-də ali təhsil müəssisəsində Kuba  Respublikasının Bakıdakı fövqəladə və  səlahiyyətli səfiri cənab Alfredo Nieves Portuondo   ilə görüşü zamanı ölkələrimiz arasındakı mövcud tarixi əlaqələrin möhkəmlənməsi və dinamik inkişafını şərtləndirən cəhətlərə münasibət bildirib.

Unikal.org xəbər veirr ki, qarşılıqlı səmimilik şəraitində keçən söhbət əsnasında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) fəaliyyət tarixində xarici əlaqələrin üstünlükləri, ikili dirlom proqramının yaratdığı imkanlar,tələbə-müəllim mübadiləsi, dünyanın nüfuzlu otel və turizm sənaye müəssisələrində  təcrübə semestrinin təşkili və sair məsələlər nəzərdən keçirilib.Rektor İlham Mədətov böyük elçini, o cümlədən ATMU-nun ixtisaslı kadr hazırlığı sahəsində perspektiv planları barədə məlumatlandırıb. hər iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri və problemləri, ikitərəfli əməkdaşlıq  məsələləri ətrafında fikir mübadiləsi aparılıb.