Martın 13-də Moskva Hökumətinin milli siyasət və regionlararası deparatamenti və Moskva Millətlər Evinin təşəbbüsü ilə “Millətçiliyin və ektremizmin Rusiya Federasiyasının dövlət və milli təhlükəsizliyinə təhlükə” mövzusunda dəyirmi masa keçirilib.

Unikal.org xəbər verir ki, tədbir barədə “AzərRos” Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin saytında yazılıb.

Rusiyadakı Azərbaycan Diaspor Təşkilatları isə həmin tədbirlə bağlı utro.az saytında öz etiraz bəyanatları ilə çıxış ediblər. 

Həmin etiraz bəyanatının mətnini təqdim edir.

“...Nədənsə, iclası AzərRosun Moskva Regional Təşkilatlarının sədri Ağadadaş Kərimov aparıb.

İclasın əsas istiqamətini AzərRosun prezidenti Mehriban Sadıqova verib. Görüşün əsas məqsədi jurnalist Fuad Abbasovun fəaliyyətinin tənqid olunması olub.

Fuad Abbasov tərəfindən Azərvaycan diaspor hərəkatına verilən qiymət Rusiya Federasiyasındakı onlarla Azərbaycanın regional təşkilatı tərəfindən açıqlanan bəyanatda pislənilib.

Sual doğurur, nə üçün onun fəaliyyətinin analizi üçün Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin bütün regional təşkilatlarının rəhbərləri dəvət olunmayıb?

Nəyə görə icmaya yox, bəzi dövlət strukturlarına arxalanmaq lazımdır? Nəyə görə tədbirə əcnəbi ölkənin Rusiyadakı nümayəndələrini, xarici ölkə nümayəndələrinə söz atan şübhəli şəxslər dəvət olunmalı idi?

Nəyə görə iclasda I Aleksandrın, III Aleksandrın, II Nikolayın Rusiyada yaşayan məlum millətin nümayəndələrinin separatçı meyllərinə qarşı addımlarından, 1977-ci ildə Moskvada baş verən terror aktlarından deyil, azərbaycanlıları gələcək “5-ci kolon” olmaqda ittiham etməyə şərait yaradılır?

Azərbaycanlıların Rusiyadakı 200-ə yaxın xalqla birgə coğrafi-tarixi məkanda yaşadığı müddətdə dövlərin konstitusion əsaslarına qarşı bir dəfə olsun təhlükə törədilməmişdi.

Nə üçün tək regiuonun deyil, bütün ölkələrin maraqlarını nəzərə alaraq çoxvektorlu siyasət yürüdən Azərbaycan dövlətinin xarici fəaliyyətinə qarşı səslənən iftiralara sərt cavab verilmədi?

Nə üçün Rusiya və Azərbaycan arasında bütün məsələlər üzrə artan əlaqələrə düzgün qiymət verilmədi? Nə üçün Azərbaycanın xarici siyasətindən danışanlar siyasətçi Semyon Baqdasarovun Ermənistan hakimiyyətini amerikayönlü, sorosyönlü adlandırmasını yada salmadılar?!

Nə üçün iştirakçıların heç biri Hitlerin qəhrəmanlaşdırılan quluna Yerevanda ucaldılan abidəni yada salmadı?!

Nə üçün heç kəs həmin erməni faşistinin rus-erməni saytı “Yerkramas”dakı “Türklə mübarizənin getmədiyi gün olmalı deyil” sözlərini xatırlamadı?!

Mahiyyəti etibarilə, bu Rusiyadakı onlarla türkdilli xalqa yönəlmiş ifadədir. Bu millətçilik, ən ağır formalı eksterimzdir!

Niyə heç kim bayraqla bağlı qiymət vermədi? Tanınan ölkənin və tanınmayan ölkənin bayraqları prinsipial olaraq fərqli məsələlərdir.

Bəyəm biz 9 May günü Azərbaycan bayrağı ilə addımlayan hərbçilərimizə fəxrlə baxmırdıq? Bəyəm biz “Heç kim unudulmayıb, heç nə unudulmayıb...” xatirə marşı zamanı Azərbaycan bayrağı ilə yürüyən azərbaycanllılara fəxrlə baxmırdıq? Nə üçün azərbaycanlı gənclərə səslənən hədələrə (xəstəxanaya, həbslə qorxutmaq) cavab verilmədi?

Çox təəssüf ki, Fuad Abbasovun fəaliyyətinin müzakirə olunması üçün keçirilən iclas antiazərbaycan aksiyasına çevrildi. Bizə elə gəlir ki, iclasın millətçilik və ekstremizə qarşı yönəlmiş əsas hədəfi əks istiqamətə yönəlib!

Biz həmişə müxtəlif məkanlarda görüşlərə fərqli millətlərin nümayəndələrini çağırırıq. Rusiyadakı xalqları birləşdirən çoxlu tarixi səhifələr, gələcəkdə çoxlu təmas nöqtələri var. Biz həmişə millətlərarası və dinlərarası konfliktlərin Rusiya Federasiyası ərazisində daşınmasına qarşı olmuşuq. Biz istənilən məsələnin həllini hüquqi müstəvidə görürük. Biz həmişə iddia etmişik ki, milli, dini, irqi mənsubiyyətinə rəğmən Rusiyadakı xaqların birliyi hər ailə, hər xalq və bütün ölkə üçün xoşbəxtliyin əsasıdır. Biz bildiririk ki, heç bir destruktiv gücə ölkəmizin daxilində və xaricində gücümüzü və çiçəklənəməyimizi təhlükəyə atmağına imkan verməyəcəyik.

Rusiya Federasiyasının regional icmalarının nümayəndələri. Bizim soyadlarımız və regionların adları bəyanatın özündən uzun olacaq. Biz bu məsələ ilə bağlı digər bəyanata imza atmışdıq”.