Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Suriyadakı rejimi və Rusiyanın hava əməliyyatlarını sərt tənqid edib.
Bu barədə Türkiyə XİN-nin rəsmi saytında məlumat yerləşdirilib.
"Suriyadakı rejim və Rusiyanın xəstəxana, məktəb, məscid və digər ictimai obyektlərə yönəlik hava əməliyyatlarını, onlarla vətəndaşın ölümünə səbəb olan hücumları şiddətlə qınayırıq"-deyə Türkiyə XİN-in bəyanatında bildirilib.
Daha sonra qeyd edilib: "Hələbin Şaer məhəlləsində fəaliyyət göstərən xəstəxana tamamilə dağıdılıb. Bunu edənlər insanlıqdan uzaqdırlar. Günahkarlar cəzasız qalmayacaq. Cinayətkarların tezliklə cəzalandırılmasını istəyirik. İnsanlıq tarixinə qara ləkə kimi düşən bu hücumlar tezliklə dayandırılmalıdır". (AzVision.az)