Daxili İşlər Nazirliyinin əməkdaşları qoyun oğrularını saxlayıb.
DİN-dən unikal.org-a verilən xəbərə görə, oğurluq etdiklərinə görə iyunun 4-də tutulmuş Rövşən Əliyevin, Arif Hüseynovun, Zakir Əliyevin və Məhərrəm İbrahimovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Ağcabədi RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların mayın 3-də rayon sakini Elgün Məmmədova məxsus fermadan 22 baş qoyun, eləcə də 2015-ci il may ayında Vüsal Hümbətova məxsus fermadan 6 baş qoyun oğurlamaları da müəyyən edilmişdir.